Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bəxtiyar Hacıyevin məhkəməsi keçirildi

Hacıyevin vəkili Elçin Namazov məlumat verib

Bu gün Gəncə şəhəri Nizami rayon Məhkəməsində deputatlığa sabiq namizəd Bəxtiyar Hacıyevin cinayət işi ilə bağlı məhkəmə baxışı keçirilib. Bu barədə APA-ya B. Hacıyevin vəkili Elçin Namazov məlumat verib. Vəkilin sözlərinə görə, hakim işə xitam verilməsi, B. Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun girov müqabilində azadlığa buraxılması barədə vəsatətləri rədd edib. Şahidlərin məhkəməyə çağırılması barədə vəsatət isə qismən təmin olunub.

B. Hacıyevin müdafiəçiləri Nizami rayon Məhkəməsinin tərkibinə etiraz edib. Məhkəmə etirazla bağlı qərarın aprelin 20-si saat 11.00-dək qəbul olunacağını bildirib. Əgər etiraz baxılmamış saxlanılarsa, proses həmin vaxt davam etdiriləcək. Əks halda məsələyə Gəncə Apellyasiya Məhkəməsi baxacaq.

Xatırladaq ki, bu il martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 321.1 (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.






19 Aprel, 2011  22:56 Baxılıb: 1208 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner