Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Azəriqaz” idarə rəisini işdən qovdu

“Azəriqaz” İstehsalat Birliyində ixtisarlar davam edir.

Simsar.az xəbər verir ki, Göyçay rayonu Qaz İstismar idarəsinin rəisi Murtuz Salahov işdən azad edilib. Onun işinə xitam verilməsinə səbəb kimi vəzifə müddətində yol verdiyi nöqsanlar olub.

Əldə etdiyimiz məlumata görə, M.Salahov  vəzifəsindən sui-istifadə edərək Göyçay Qaz İstismar İdarəsinin işçilərdən və idarənin invertarından, müxtəlif texnikalardan şəxsi məqsədlər üçün istifadə edib. Qeyri-qanuni yolla işçilərdən rüşvət alan idarə rəisinin acgözlüyü bununla bitmir. O, səlahiyyətindən sui-istifadə edərək idarənin şəxsi heyəti sıralarına onlarla saxta “işçi” daxil edib və həmin yalançı işçilərin maaşını mənimsəyib.

Bu yolla külli miqdarda qazanc əldə edən keçmiş idarə rəisi Göyçay rayonunda çoxlu sayda şəxsi obyektə sahib olub.

Əhalidən qaz çəkilməsi ilə bağlı yığdığı rüşvətin sayı-hesabı bilinməyən idarə rəisinin bu əməlləri sakinlərin haqlı narazılığına səbəb olub və istehsalat birliyi sözügedən şəxsin işinə xitam verib.






25 Noyabr, 2014  13:36 Baxılıb: 603 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner