Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avropa Oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtı dəyişdiriləcək

Gələn il Azərbaycanda keçirilən I Avropa oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtları dəyişiləcək.

Simsar.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, Nazirlər Kabinetinin Avropa Oyunları ilə bağlı qərar verib.

Onun sözlərinə görə, bu vaxta kimi buraxılış və qəbul imtahanlarının vaxtı ilə bağlı cədvəl yanvarın sonunda ictimaiyyətə təqdim olunurdu: “Gələn il isə Avropa Olimpiya oyunlarının keçirilməsini nəzərə alaraq buraxılış imtahanlarının vaxtından əvvəl, yəni Olimpiadadan öncə keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı təkliflər Təhsil Nazirliyinə göndərilib. Məktəblərdə mayın 30-da “Son zəng”dir. Həmin günün səhəri isə buraxılış imtahanlarında iştirak etmək mümkün deyil. Ona görə hazırda Təhsil Nazirliyi ilə birgə imtahan gününün tarixini dəqiqləşdiririk. Məsələ onlarla müzakirə olunub, dəqiq cədvəl təqdim ediləcək. Yalnız Bakıda keçirilən imtahanlara deyil, bütövlükdə ölkə üzrə keçirilən buraxılış imtahanlarının vaxtı dəyişiləcək”.

***

Sədr həmçinin əlavə edib, bu il 11-ci siniflərdən orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanları nəticələrinə əsasən aparılacaq.

“Üçüncü və dördüncü qruplarda qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanları nəticəsinə uyğun aparılacaq. Çünki bəzi ixtisaslar üzrə 20 il ərzində apardığımız araşdırmalar bəzi abituriyentlərin bütün ixtisass fənnlərinə yaxşı hazırlaşdığını müşahidə etmirik. Bu baxımdan yeni qərar onların 3 fənnə daha mükəmməl hazırlaşmasına kömək edəcək”.

M.Abbaszadə onu da vurğulayıb ki, yeni qərar buraxılış imtahanından “2” alan şagirdlərə aid edilməyəcək:

“Buraxılış imtahanında “2” alan şagirdlər attestat alsalar da, orta ixtisas təhsili müəssisələrinə qəbul edilməyəcək. Çünki qəbul qaydalarına əsasən abituriyent hər bir fənndən ən azı 10% nəticə göstərməlidir”.

M.Abbaszadə bu il buraxılış imtahanlarında tətbiq ediləcək digər bir yenilikdən danışıb. Onun sözlərinə görə, bu il buraxılış imtahanlarında yeni bir fənn əlavə ediləcək:

“Üçüncü fənn xarici dil olacaq. Üçü qrupda xarici dil fənni var. Hesab edirəm ki, bu fənnin əlavə edilməsi şagirdlərə çətinlik yaratmayacaq. Çünki orta məktəblərin hamısında xarici dil fənni keçirilir. Şagirdlər hansı fənn üzrə təhsil alıblarsa, həmin fənn üzrə də imtahan verəcək”.

Aysel Kərimova






25 Noyabr, 2014  12:22 Baxılıb: 1091 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner