Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sədr “Abituriyent” jurnalı və digər vəsaitlərdən danışdı

TQDK 2014-cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclər haqqında məlumatları “Abituriyent” jurnalında dərc edib.

Simsar.az xəbər verir ki, bunu sözügedən qurumun sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərin ictimaiyyətə tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə “Abituriyent” jurnalının 11-ci sayını onlara həsr edib: “Jurnalda ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2014-cü il tarixli Sərəncamı, TQDK-nın sədri Məleykə Abbaszadənin təbrik və tövsiyələri, Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunub. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilib”.

Qeyd edək ki, bu il Respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak edib. Abituriyentlərdən 1727 nəfəri 600‐baldan yuxarı nəticə göstərib. Yüksək ballılar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 488, II qrupda 435, III qrupda 401, IV qrupda 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə (700 bal) göstərmişdir. Onlardan 5‐i I qrupun, 2‐si II qrupun, 2‐si isə IV qrupun abituriyentləridir.

Ümumilikdə bu ilki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 1727 abituriyentin 379 nəfəri, yəni rekordçuların 21,98 faizi Azərbaycan Tibb Universitetinə daxil olub.

TQDK həmçinin yeni tədris ilində şagird və abituriyentlərin buraxılış və qəbul imtahanlarına səmərəli hazırlaşmasına kömək məqsədilə bir sıra yeni vəsaitlər və əvvəlki illərdə çap edilmiş kitabların yeni təkmilləşdirilmiş variantlarını nəşr edib.

Bunu sözlərinə əlavə olaraq Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qəbul imtahanı proqramları əsasında Azərbaycan dili, Ədəbiyyat, Kimya, Coğrafiya, İngilis dili və digər fənlər üzrə vəsaitlərin təkmilləşdirilmiş nəşrləri hazırlanıb çap edilib: “Bu vəsaitlər şagirdlərin, abituriyentlərin tədris prosesində öyrəndiklərini tamamlayır, zənginləşdirir, sistemləşdirir və bununla da onların qəbul imtahanlarına repetitor xidmətindən istifadə etmədən – müstəqil surətdə hazırlaşmasına səmərəli imkan yaradır”.







25 Noyabr, 2014  12:03 Baxılıb: 669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner