Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“4 ildir ki, bunu tətbiq edirik” – TQDK sədri

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4 ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir.

Simsar.az xəbər verir ki, bunu TQDK-da keçirilmiş mətbuat konfransında sözügedən qurumun sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, testologiyada belə  tapşırıqlar qəbul proqramını daha dərindən mənimsəmiş, riyazi təfəkkürü  və analitik  təhlil qabiliyyəti güclü olan abituriyentlərin hazırlıq səviyyəsini  bir-birindən fərqləndirmək üçün nəzərdə tutulub. Qəbul imtahanlarında  hesablama, seçim, ardıcıllıq və uyğunluğu müəyyən etmək formalı 5 açıq tipli test tapşırığından istifadə edilir. Belə tapşırıqları tətbiq etməmişdən 2 il (2008-ci ildən) əvvəldən başlayaraq, hal-hazıradək “Abituriyent” jurnalının birinci nömrəsində bütün imtahan fənlərindən açıq tipli test tapşırıqlarına dair nümunələr verilir və cavab kartında necə qeyd edilməsi göstərilir. Həmçinin, 2009-cu ildən başlayaraq, bütün imtahan fənləri üzrə 5-11-ci siniflər üçün test kitabçalarında da açıq tipli test tapşırıqları nümunələri verilir. 2010-cu ildə yanvar ayında  və aprel-iyun aylarından başlayaraq, hal-hazıradək sınaq imtahanlarında belə tapşırıqlar sınaqdan keçirilir.

Qəbul imtahanlarında 2010-2013-cü illərdə hər ixtisas qrupunda iki fəndən açıq tipli test tapşırıqlarından istifadə olunub. Cədvəldə bu fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunur.

İxtisas qrupları

Fənnin adı

Çəki əmsalı

Sayı

I

Riyaziyyat

2

3-hesablama,2-uyğunluğu müəyyən etmək

Fizika

2

2-hesablama,1-seçim,2-uyğunluğu müəyyən etmək

II

Riyaziyyat

2

3-hesablama,2-uyğunluğu müəyyən etmək

Coğrafiya

2

2-hesablama,1-seçim,2-uyğunluğu müəyyən etmək

III

Riyaziyyat

1

3-hesablama,2-uyğunluğu müəyyən etmək

Tarix

2

2-seçim,1-ardıçıllıq,2uyğunluğu müəyyən etmək

IV

Riyaziyyat

1

3-hesablama,2-uyğunluğu müəyyən etmək

Kimya

2

2-hesablama,1-seçim,2-uyğunluğu müəyyən etmək

 

Cədvəldən göründüyü kimi, iki qrupda əsas fənlərdən, iki qrupda isə çəki əmsalı 1 olan bir fəndən açıq tipli test tapşırıqları istifadə olunub

Aysel Kərimova






25 Noyabr, 2014  11:35 Baxılıb: 669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner