Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacıbəyovun ev muzeyinin taleyi necə olacaq? – Nazirlikdən CAVAB

Bir müddət sonra “Sovetski” adlanan məhəllədən əsər əlamət qalmayacaq. Uzun müddətdir, hər kəsə məlum olduğu kimi məhəllənin sökülməsinə start verilib. Qərar buradakı sakinlərin etirazına səbəb olmuşdu. Amma bir də var orada evi olan və etiraz edə bilməyənlər. Məsələn, Üzeyir Hacıbəyov kimi.

“Sovetski”də Üzeyir bəyin də evi (hazırda ev muzeyi) var. Bəs, görəsən tarixi və mədəni əhəmiyyətə malik binanın taleyi necə olacaq? Bu barədə məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Nazirlikdən Simsar.az-a verilən açıqlamada bildirilib ki, “Sovetski”nin sökülməsi ilə bağlı qərar verilərkən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tarixi əhəmiyyətli binaların qorunub saxlanması üçün qabaqcadan tədbir görülüb:

“Məhəllənin sökülməsinə baxmayaraq tarixi əhəmiyyətli binalara heç bir xələl gəlməyəcək. Onların ətrafında təmizləmə işləri aparılacaq. Ancaq binaların sökülməsi planlaşdırılmır. Bu mühafizə eləcə də Üzeyir bəy Hacıbəyovun ev muzeyinə aiddir”.

Ülviyyə Cövdətqızı







25 Noyabr, 2014  11:28 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner