Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Tatarıstan Dövlət Şurasının müavini ilə - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasında Qarabağ, Xocalı həqiqətlərindən danışıb.

Simsar.az xəbər verir ki, Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikasında səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdıqmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Dövlət Şurasının sədr müavini Ratnikova Rimma Atlasovna ilə görüşüb. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin və bu siyasətin davamçısı prezident İlham Əliyevin hər zaman Tatarıstana böyük sevgi və dəstəklə yanaşdığını deyərək Azərbaycanla, onun müxtəlif bölgələri ilə Tatarıstan Muxtar Respublikası arasında  arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu və getdikcə münasibətlərin daha da inkişaf edəcəyinə inandığını deyib. Dövlət Şurasının sədr müavinini Ratnikova Rimma Atlasovna  Tatarıstan barədə geniş məlumatlar verərək qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını bildirib və azərbaycanlı iş adamlarının fəaliyyəti, tələbələrin təhsil alması üçün Tatarıstanda  hər cür imkanlar olduğunu deyərək onları hər zaman gözlədiklərini deyib və bütün qurumlar arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirərək çalışmaları daha da artıracaqlarını bildirib. Millət vəkili Qənirə Paşayeva Dövlət Şurasının sədr müavini Ratnikova Rimma Atlasovnaya  Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar verib və fikir mübadiləsi aparılıb. O qeyd edib ki, Tatar türklərinin hər zaman azərbaycanlı qardaşlarının yanında olmasını azərbaaycanlılar məmuniyyətlə qarşılayır  və bunun hər zaman belə olacağına əmindirlər.  Azərbaycan xalqı da hər zaman Tatarıstandakı qardaş-bacılarımızın yanındadır deyən millət vəkili Tatarıstanda çoxlu sayda azərbaycanlının yaşadığını və geniş Azərbaycan diasporasının olduğunu və onların Tatarıstanı özlərinə ikinci Vətən kimi gördüklərini deyərək Azərbaycanla Tatarıstan arasında bütün sahələrdə münasibətlərin daha da inkişafına inandığını deyib. Millət vəkili Qənirə Paşayeva Dövlət Şurasının sədr müavinini  Azərbaycana dəvət edərək onu hər zaman Azərbaycanda görməkdən böyük məmnunluq duyacaqlarını deyib.  Tatarıstan və  Tatar türklərini Azərbaycan gəncliyinin daha geniş tanınması istiqamətində hazırladığı məqalələr barədə də danışan millət vəkili Qənirə Paşayeva sonra onları bir kitab halında çap etdirməyi düşündüyünü bildirib və Azərbaycanı, Azərbaycan həqiqətlərini də Tatarıstanda gənc nəsillərə daha yaxından tanıdılması istiqamətində ortaq layihələrə böyük ehtiyac olduğunu bildirib və bu istiqamətdə də fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  Dövlət Şurasının sədr müavininə Azərbaycan həqiqətləri, Qarabağ problemi, Xocalı Soyqırımını özündə əks etdirən kitabları,materialları hədiyyə edib. O, müəllifi olduğu kitabları,  həmçinin həmmüəllifi olduğu  və Türkiyə türkcəsində nəşr olunmuş “ Hocalı  Soykırımı tanıkların dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə ediərək bu istiqamətdə geniş məlumatlar verib.  Bundan başqa Azərbaycan tarixi,ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da  Dövlət Şurasının sədr  müavininə  hədiyyə olunub. Görüşdə Atatürk Mərkəzinin çöbə müdiri şair-yazar Əkbər Qoşalı və Tatarıstan Dövlət Şurasının üzvü,  Tatarıstanın Xalq Şairi  Razil Vəliev də iştirak ediblər və maraqlı fikir mübadiləsi aparılıb və əməkdaşlığın daha da genişləndirilməsinə dair  müxtəlif təklif lər ətrafında müzakirələr aparılıb.  Atatürk Mərkəzinin çöbə müdiri şair-yazar Əkbər Qoşalı da Tatarıstan Dövlət Şurasının Sədr müavininə və üzvünə özünün müəllifi olduğu kitabları və mədəniyyətiizə, səbiyyatımıza dair bir sıra materialları təqdim edib. Tatarıstan Dövlət Şurasının Sədr müavini Ratnikova Rimma Atlasovna millət vəkili Qənirə Paşayevaya Tatarıstanla bağlı müxtəlif materialları və kitabları hədiyyə edib. Tatarıstan Dövlət Şurasının üzvü,  Tatarıstanın Xalq Şairi Razil Vəliev də millət vəkili Qənirə Paşayeva və   Atatürk Mərkəzinin çöbə müdiri şair-yazar Əkbər Qoşalıya özünün müəllifi olduğu kitabları hədiyyə edib.






25 Noyabr, 2014  09:55 Baxılıb: 705 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner