Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Antarktidada ilk dəfə azan veriləcək

Tarixdə ilk dəfə olaraq Antarktidada azan veriləcək. Bu barədə Trend Tatarıstan Müsəlmanları Dini İdarəsinə istinadən məlumat verir.

Belə ki, bu gün Tatarıstanın Qul-Şərif məscidinin nəzdindəki İslam Mədəniyyəti Muzeyində Antarktidaya yola düşəcək "Antarktida-100" ekspedisiyanın iştirakçılarına Quran nüsxələri verilib.

İdarənin Təbliğat şöbəsinin rəhbəri Niyaz Sabirov bildirib ki, Quran nüsxələri Rusiyanın "Bellinshauzen" antarktik stansiyasındakı qütbçülərə çatdırılacaq: "Artıq Quranı Antarktidada da oxuyacaqlar və ilk dəfə olaraq orada azan veriləcək. Mən Quranı ekspedisiyanın üzvü, Rusiya Coğrafiya Cəmiyyətinə Dəstək Fondunun rəhbəri Rüstəm Gilmutdinova verirəm. O, Antarktidada Allaha dua edərək Yer üzündə sabitlik və sülhün bərqərar olmasını istəyəcək".

Ümumilikdə Antarktidaya 3 Quran nüsxəsi aparılacaq. Onlardan biri "Bellinshauzen" stansiyasında qalacaq, digərləri isə Kazana qaytarılaraq Rusiya Coğrafiya Cəmiyyəti və İslam Mədəniyyəti Mərkəzinə veriləcək.

Qeyd edək ki, "Antarktida-100" layihəsi Kazan Universitetinin rektoru, Antarktidanı ilk dəfə kəşf edən Rusiya ekspedisiyasının (1819-1821) tərkibində yeganə alim olmuş İvan Simonova həsr edilib.

 






24 Noyabr, 2014  20:33 Baxılıb: 740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner