Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günüdür

BMT Baş Assambleyası 25 noyabr gününü Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü elan edib. Simsar.az-ın məlumatına görə, bu tarix təsadüfən seçilməyib. Öz hüquqları uğrunda mübarizə aparan Dominikan qadınları 1960-cı ildə, diktator Rafael Truxilyonun əmri ilə vəhşicəsinə qətlə yetiriliblər.

Bu gün 25 noyabr 1999-cu ildən etibarən qeyd edilir. BMT, dünya dövlətləri və insan hüquqları təşkilatları qadınlara qarşı mübarizə aparmağa çağırırlar. Qadın hüquqları fəalları dünyada qadınların təhqir olunmasından döyülməsinə kimi zorakılıqları qadağan edən qanunların qəbul edilməsini tələb edirlər.

Qadın hüquqları fəallarının fikrincə, dünyanın heç bir reqionunda, ölkəsində, mədəniyyətində qadın zorakılıqlarından azad deyil. Fəallar bildirilər ki, qadınlara qarşı zorakılıq qadınların inkişafı üçün ən böyük maneələrdən biri olaraq onların əsas insan hüququnun pozulmasıdır.

Qadın zorakılğı ilə bağlı statistik göstəricilər də ürəkaçan deyil.Yer üzündə hər üç qadından biri ən yaxşı halda fiziki zorakılığa məruz qalır. Özü də ona doğma olan insanlar tərəfindən. Cinsı zorakılığa məruz qalan qadınların əksəriyyəti isə cəmiyyətdə yeni problemlərin yaradıcısına çevrilir.

Son 50 ildə dünyada qadına münasıbət müəyyən qədər dəyişsə də, problem demək olar ki, tam həllini tapmayıb. Planetin ayrı-ayrı nöqtələrində baş verən hərbi münaqışələr zamanı zorakılığa məruz qalanların sırasında qadınlar daha çoxdur. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqışəsi nəticəsində zorakılğa məruz qalan həmvətənlərimiz arasında qadınlar kifayət qədərdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 iyun 2008-ci ilə olan məlumatına görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin 262 nəfəri qadın, o cümlədən 16 nəfəri azyaşlı qız və 156-sı yaşlı qadındır.

Əsir girovluqdan 343 nəfər qadın,o cümlədən 65 nəfər azyaşlı qız, 112 nəfər yaşlı qadın azad edilib. 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib.Onlardan 104 nəfəri qadındır.

Həm münaqişə, həm də gündəlik həyatımızda fəaliyyətini mövcud problemlərin həllinə kömək üzərində quran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məhz bu məqsədlə yaradıldı. Reallaşdarılan layihələrdən biri də Azərbaycanda qadınlara qarşı zorakılığın azaldılmasına yönəlib.

25 Noyabr - Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Günü münasibətilə BMT-nin baş katibi Pan Gi Mun dünya ölkələrinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Dünyanın həm inkişaf etmiş, həm də yoxsul ölkələrində qadınların döyülməsi, alınıb-satılması, zorlanması və öldürülməsi halları baş verir. Bu insan hüquqları pozuntuları yalnız fərdlərə ziyan vurmur, bütün cəmiyyətin inkişafını, sülhü və təhlükəsizliyi sarsıdır. Qadınlar hər yerdə müəyyən risk altındadırlar, lakin onların arasında silahlı münaqişələrin mövcud olduğu ərazilərdə yaşayanlar daha ciddi təhlükələrlə üzləşirlər. Qadınlar artıq nəinki döyüşlər getdiyi zaman, hətta nisbi sakitliyin bərqərar olduğu dövrdə belə ordu, hərbi dəstələr, üsyançılar, kriminal qruplar və hətta polislər tərəfindən hücumlara məruz qalırlar.

 






25 Noyabr, 2014  09:07 Baxılıb: 891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner