Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Amasiyada kitab təqdimatı etdi – FOTOLAR

Amasyada millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimat və imzalanması olub.

İmzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu Türkiyə türkcəsində nəşr olunan “Hocalı Soykırımı tanıkların dili ile”, “ Məndən sonra…”, “Səndən sonra…”, “ O…” “Qənirə Paşayeva  ilə  addım-addım  Türk dünyası” , “Hesab vaxtı”  və digər kitabları təqdim olunub.  Millət vəkili Qənirə Paşayeva kitablarını Amasyada qardaş-bacılarımız üçün imzalayaraq hədiyyəetməkdən böyük məmnuniyyət duyduğunu deyib və təşkilatçılara təşəkkürünü bildirərək xüsusilə gənclərin kitaba  daha çox marağını görməkdən məmun olduğunu deyib və kitabları imzalı hədiyyə etməklə bərabər onlarla söhbət də edib. Simsar.az xəbər verir ki, Amasyanı çox sevdiyini deyən Qənirə Paşayeva Amasyanın evliyalar, şahzadələr şəhəri olması ilə bərabər həm də Azərbaycan türklərinin ən çox köç edərək yerləşdiyi bölgələrdən olduğunu bildirib və Amasyanın qəlbimizdə ayrı bir yeri var deyib. “Qənirə Paşayeva ilə addım-addın Türk dünyası” kitabında Amasyanı xüsusi sevgi ilə yazdığını deyən millət vəkili Qənirə Paşayeva mən də sizin kimi bir Amasyalıyım eyni zamanda və Amasyanın tariximizdəki yerindən tutmuş qədim abidələrinə qədər yaxşı tanıyıb bilməkdən və burada çoxlu dostlarım olmasından çox məmunam deyib. Azərbaycan gənclərini Amasya ilə bağlı yazılarına böyük diqqətlə yaşadığını deyən millət vəkili Qənirə Pasayeva bir-birimizə daha çox sahiblənə bilməmiz üçün biri-birimizi tariximizi,yurdlaarımızı,abidələrimizi, ortaq mədəniyyətimizi gənclərə daha yaxşı öyrətməliyik deyib və tədbirdə iştirak edənlərə Azərbaycanla bağlı, Qarabağla bağlı geniş məlumatlaar da verib.   Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən  rəğbətlə qarşılanıb və imzalanmada iştirak edən bəzi ziyalılar və gəcnlər  müəllifin imzası ilə albomları da əldə edə biliblər.   Millət vəkili Qənirə Paşayeva biıldirib ki, yaxın günlərdə onun Türkiyədə  Türkiyə türkcəsində “Yitirdiyim mutluluk” və “Yalnızlık alın yazımdır” adlı iki kitabı çıxacaq və söz verib ki, mütləq həmin kitabların da imzalanmasının Amasyada da olmasına çalışacaq və imzası ilə onlara hədiyyə edəcək.  Bundan məmnun olduqlarını deyən oxucular bu xəbəri gözəl duyğularla qarşılayaraq həmin kitabları maraqla gözləyəcəklərini deyiblər.






24 Noyabr, 2014  15:16 Baxılıb: 762 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner