Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir vətəndaşları qəbul etdi

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələ  şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak etdikləri qəbul Qəbələ Mədəniyyət Mərkəzində gerçəkləşib.

Qəbul zamanı nazir Azad Rəhimova 30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı müraciət edib.

Gənclər sahəsində edilən 10-dək müraciətlər əsasən  QHT-in yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin lazımi avadanlıqlarla təmin edilməsi və yeni Mərkəzlərin açılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s istiqamətdə olub.

Eyni zamanda idman sahəsində edilən 10-dan artıq müraciət sırasında Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, yeni Olimpiya İdman Komplekslərinin tikilməsi yer alıb.

Digər müraciətlər  ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb.  Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Hüseyn İbadlı

 







24 Noyabr, 2014  12:37 Baxılıb: 770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner