Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Məndə "İŞİD"ləşmə gedir” - GƏNCLƏR HƏYATINDAN DANIŞIR

Ölkənin gənc təbəqəsinin dünyagörüşünün formalaşmasında onun asudə vaxtını necə keçirməsi böyük əhəmiyyət daşıyır.

Lakin Azərbaycan gəncliyinin böyük əksəriyyəti boş vaxtlarını səmərəli formada keçirə bilmir. Nəticədə müəyyən ciddi problemlərlə üz-üzə qalmalı olurlar.

Apardığımız müşahidələr zamanı gənclərimizin böyük bir qisminin çayxanalara, internet-klublara, bir hissəsinin isə hansısa dini sektalara üz tutduğunun şahidi olduq. Şübhəsiz ki, bu cür hallar onların dünyagörüşünə ciddi təsir göstərir.

Simsar.az məsələ ilə bağlı sorğu keçirib.

Kiçik yaşlarından pinəçi sənətinə qazanc yeri kimi baxan Ağalar Qasımov bu günə kimi fasiləsiz çalışdığını deyir. Onunla söhbətimdə məlum olur ki, asudə vaxtın nə oluğunu bilmir: “İşim çox çətin və gərgindir. Yatıb normal yuxumu da ala bilmirəm. Çalışıram ki, ailəmi qabarlı əllərimin zəhməti ilə dolandırım. Boş vaxtım olanda ailəmlə birlikdə istirahət mərkəzlərinə üz tuturam".

Dönərçi Əli Məmmədov isə asudə vaxtın nə olduğunu anlamadığını söyləyir: “Bütün günüm dönər bişirməklə keçir. Bir onu deyə bilərəm ki, ümumiyyətlə, boş vaxtım olmur. Səhər açılandan gecəyə kimi dayanmadan çalışıram. İşdən çıxıb evə gedəndə üstümdən ət və yağ iyi hiss edirəm. Bu işə görə bütün dostlarımla, sinif yoldaşlarımla əlaqəm kəsilib. Normal iş yeri olsa, mənim burda nə işim var?”.

Qəssab Vüqar Alıyev mövcud durumunu atalar sözü ilə izah edib: “El içində belə bir məsəl var - bir baş kəsən (qəssab), bir daş kəsən (satıcı), bir də yaş kəsən (ağac kəsən). Bax bunların aqibəti heç yaxşı olmur. Neyləyə bilərəm mənim də alın yazım belə yazılıb. Atam 11 yaşımdan özü kimi qəssab olmağımı istədi. Dedi oxumağı neynirsən. Gəl öyrən, ömürlük çörəyin olsun. Mən də atamın sözündən çıxmadım. Qollarımı çırmalayıb başladım ona kömək etməyə. İndi məndən soruşursunuz asudə vaxtını necə keçirirsən. Sizcə, mənim asudə vaxtım necə keçər? Gedirəm növbəti gün kəsmək üçün mal axtarmağa. Kəsdiyim başların sayını da itirmişəm, vallah. Artıq məndə “İŞİD”ləşmə gedir (gülür)”.

Bakı Dövlət Univeristetinin 3-cü kurs tələbəsi Nigar Əliyeva dərsləri günortadan sonra başladığı üçün vaxtının az olduğundan şikayətlənir: “Yuxudan oyanıb hazırlaşana kimi günorta olur. Bundan sonra dərs vaxtım başlayır. Sumqayıtda qaldığım üçün yolda çox vaxt itirirəm. Tıxacları nəzərə alsaq, saat 10-da evə çatıram. İstirahət günlərində ev işləri ilə məşğul oluram və yarımçıq işlərimi tamamlamağa çalışıram. Nadir hallarda rəfiqələrimlə kinoya, ya da dəniz kənarına gedirəm”.

Tikintidə çalışan fəhlə Teymur Mahmudov dolanışıq üçün Gəncədən Bakıya gəldiyini söyləyib: “İşim ağır, zəhmət haqqım isə olduqca azdır. Bizim ölkədə zəhmətə qiymət vermirlər. Xaricdən gələnlər bizdən iki qat artıq pul alır. Boş vaxt nədir? Heç qara fəhlənin də dincəlməyə vaxtı olur? Boş vaxtım olanda ancaq yatıram”.

Hüseyn İbadlı







24 Noyabr, 2014  11:00 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner