Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İŞİD-lə sünnilər döyüşəcək

ABŞ İŞİD terror təşkilatı ilə mübarizədə nəinki İraq nizami ordusunu və kürd əsgərlərini, elcə də də sünni tayfalarını silahlandırmağı qərara alıb.

Simsar.az-ın məlumatına görə, bu barədə Pentaqonun rəsmi saytında qeyd edilir.

Onlar üçün AK-47 avtomatları alınacaq, bombaatan və minaatanlar ayrılacaq. Bunun üçün ehtiyatların təmin edilməsi 2015-ci maliyyə ilinə nəzərdə tutulub. ABŞ müdafiə nazirliyi sünni tayfalara 24 milyon dollar dəyərində silah çatdırmaq niyyətindədir. Bu iraqlılara İŞİD-lə mübarizə üçün ayrılan köməyin az bir hissəsidir.
Barak Obama administtrasiyası bu proqrama 2,618 milyard dollar ayırmağı nəzərdə tutub ki, bundan 2,240 milyard dolları İraq təhlükəsizlik qüvvələri və ordusuna, 354 milyon dolları isə peşmərgəyə ayrılacaq.

Konqresə göndərilən sənəddə qeyd edilir ki, sünni tayfalarla qarşılıqlı fəaliyyət “uzunmüddətli perspektivdə İŞİD-in məhv edilməsi üçün kritik vacib məna daşıyır”.
Eləcə də, sənəddə qeyd edilir ki, tayfaların silahlı birləşmələri “İraq milli qvardiyasının yaranmasına baza rolu oynaya bilər”.

Sənəddə həmçinin ABŞ silahının onlara yalnız İraq höküməti tərəfindən çatdırılacağı qeyd olunur.






23 Noyabr, 2014  12:12 Baxılıb: 773 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner