Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Niyə, loqosunda dişlənmiş alma? – Apple haqda bilmədiklərimiz

Steve Jobs Apple-ın loqosunda İncildə adı keçən Adəm ilə Həvvadakı almanı əsas götürərək ondan istifadə etdiyini bildirmişdi. Amma dişlənilmiş alma fiqurunun bugünki mənada ilk komputerlərin istehsalında vəzifə alan və zəhərə batırdığı almanı dişləyərək intihar edən Alan Turinqə ithaf edildiyi də deyilməkdədir.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) tanınmış komputer firması olan Apple yeni yarandığı vaxtlar bir alma növünün adı ilə "Macintosh" adlandırılmışdı.

Elm insanları bu böyük dahinin dəyərini bildi və onu əsla unutmadı. Steve Jobs və yoldaşı Steve Vozniakın texnologiyaya olan maraqları, 1972-ci ildə “Havlett-Packard” şirkətində yarım günlük işə girmələrini təmin etmişdi. Bu dövrdə ev istehsalı komputerlər üzərində işə başlayan tərəflər ticari baxımdan da bir-birini tamamlayırdılar.

Vozniakın komputer mövzusundakı məlumatı və fövqəladə qabiliyyəti, Jobsun komputerlərə olan əlaqəsi və marketinq qabiliyyəti ilə birləşərək Apple-ın qurulmasını təmin etdi. 1976-ci ildə, Apple-ın  üçüncü qurucusu olan Ron Vayne da aralarına alaraq, Apple şirkətini  Jobsunevindəki qarajda qurdular. İlk kompüterləri isə Steve Vozniakın səy ilə təmin etdikləri sərmayəni istifadə edərək qurduqları MOS 6502 prosessora sahib Apple I oldu. Bunun ardınca Apple-ın bir neçə məhsulu istifadəçilərə təqdim olundu.

Apple-ın  içində yeni bir quruluş formalaşdırmağa başlayan Jobs ilk online Apple Store-un açılmasına nail oldu. Apple musiqi pleyeri bazarına 2001-ci ilin son rübündə iPod ilə girdi. Bununla birlikdə iTunes proqramı yaradan Steve onun eyni zamanda iPod-un ən məşhur musiqi pleyer olmasını təmin etdi

Online musiqi mağazası olan iTunes Store isə aprel 2003-də  istifadəyə verildi. Jobs-un işin başına keçməsi ilə estetik görünüşü ön planda tutan proqram və təchizat məhsullarının yanında, internet sərmayələri qoyan Apple, bütün bu cəhdlərinin qarşılığını artıqlaması ilə alaraq tarixinin ən müvəffəqiyyətli dövrünə girdi.

İstehlakçı elektronikası şirkəti olma yolunda ilk addımını atan Apple, 2007-ci ildə bu yoldakı əsl addımını atdı. Apple-ın telefon istehsalını inkişaf etdirdiyi şayələri ilə başlayan bu cəhd, 2007-ci ildə iPhone-un bazara təqdim edilməsi ilə nəticələndi. iPhone-un Apple baxımından bir digər müvəffəqiyyəti də App Store oldu və yeni açıldığı həftə ərzində 10 milyon iPhone  app App Store üzərindən yüklənildi.

Sara Rüstəmova






22 Noyabr, 2014  15:59 Baxılıb: 1400 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner