Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ordumuz cəbhədə itki verməyib” - Müdafiə Nazirliyi

“Ermənilərin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır”

“Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumatda qeyd olunub ki,  düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər: “Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir”.

Müdafiə Nazirliyi bildirir ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər.

Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır.

Qeyd edək ki, bu gün Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi” noyabrın 12-də vurulmuş “Mi-24” hərbi helikopterinin pilotlarının cəsədlərinin hadisə yerindən çıxarıldığı barədə açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, xüsusi əməliyyat keçirərək, ekipaj üzlərindən birinin meyiti, iki pilotun qalıqları və helikopterin bəzi vacib detalları hadisə yerindən götürülüb.

Separatçı rejim iki Azərbaycan hərbçisinin öldürüldüyü barədə də məlumat yayıb.






22 Noyabr, 2014  12:48 Baxılıb: 669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner