Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avropa Qəzetəçilər Dərnəyində görüş - FOTO

Qənirə Paşayeva Avropa Qəzetəçilər Dərnəyi ilə görüşdə Azərbaycanı bütün istiqamətdə Türkiyədə daha geniş və doğru tanıtmağa böyük ehtiyac olduğunu deyib və onları bu istiqamətdə fəallığa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Avropa Qəzetəçilər Dərnəyinin başqanı ilə görüşdə onları Azərbaycan, Qarabağ və  Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında daha aktiv rol oynamağa çağırıb. Simsar.az xəbər veri ki, Avropa Qəzetəçilər Dərnəyinin başqanı Adnan Fişənglə görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı  ilə bağlı fikirlərini bildirən və sualları cavablandıran millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı daha geniş söhbət açıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin,  Ermənistanın törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir" fikirlərini vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir. Hər məsələdə münasibətlərimiz o qədər güclənməlidir ki, bir-birimizə o qədər bağlanmalıyıq ki, hər hansı bir qüvvə bizi bir-birimizdən ayıra bilməsin”.O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındaKİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-lərin bu istiqamətdə həssaslığını daha da artırmasının vacibliyini vurğulayıb. Avropa Qəzetəçilər Dərnəyinin başqanı Adnan Fişəng və Dərnəyin  üzvləri Azərbaycanı çox sevdiklərini, öz fəaliyyətlərində daim Azərbaycana həssas yanaşdıqlarını və Azərbaycan həqiqətlərinin yayılmasına dəstək verdiklərini deyərək millət vəkilinin bu işlərin daha da genişlənməsinə böyük ehtiyac olması fikri ilə razılaşaraq bu istiqamətdə səylərini daha da artıracaqlarını deyiblər. O, Azərbaycanı bütün istiqamətlərdə tarix, mədəniyyət, iqtisadiyyat sahəsində daha da geniş və doğru şəkildə tanıdılmasının vacibliyi ilə bağlı Qənirə Paşayevanın fikirlərini dəstəkləyərək bu istiqamətdə səylərini daha da artıracaqlarını bildiriblər.  Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Avropa Qəzetəçilər Dərnəyinin başqanı Adnan Fişəngə özünün müəllifi olduğu kitablarla yanaşı,  Azərbaycanın tarixi,  mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları ,matreialları , həmmüəllifi olduğu və Türkiyə türkcəsində çap olunmuş “Hocalı Soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin  hazırladığı   “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu  və Azərbaycan bayrağını  hədiyyə edib. Qarabağın Azərbaycan musiqisində oynadığı böyük  rol və yerdən  danışan millət vəkili  Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu və mədəniyyətimizə aid materialları da təqdim edib və onları maraqlandıran sualları cavablandırıb. O bildirib ki, Azərbaycan Türklərinin mədəniyyətini, musiqisini, böyük aydınlarını,dahi sənətçilərinin qardaş Türkiyədə daha geniş tanıdılmasına böyük ehtiyac var. O, bizim mədəniyyətimiz də ortaqdır, böyük aydın və sənətçilərimiz də. Ona görə də gənclərimizin onları daha yaxından tanıması, bilməsi çox önəmlidir deyib. Millət vəkili Qənirə Paşayeva bu istiqamətdə mətbuat və medianın üzərinə böyük məsiliyyət düşdüyünü deyib.







21 Noyabr, 2014  16:38 Baxılıb: 738 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner