Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şagirdlərlə bağlı yeni layihə başlayır

Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin və oxu motivasiyasının yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, layihənin əsas qayəsi təhsil müəssisələrinin nəzdində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanış olması üçün şər Bu ilin dekabrından start götürəcək layihənin Bakı şəhəri Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə və Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyində təqdimatı olacaq.

Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır.

Layihədə təhsil müəssisələrinin I-XI sinif şagirdləri, valideynlər, müəllimlər, inzibati heyət (məktəb direktoru və müavinləri), eləcə də ictimaiyyət nümayəndələrinin, uşaq birliyi, günü uzadılmış qrup və məktəbəqədər qrup rəhbərlərinin iştirakı nəzərdə tutulub.

 

 






21 Noyabr, 2014  16:07 Baxılıb: 645 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner