Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Əməliyyatlar rublla yox dollarla həyata keçiriləcək” – DEPUTAT

“Azərbaycanın iqtisadi maraqları var. Rublun dəyərinin düşməsi ikitərəfli münasibətlərə də təsir göstərəcək”.

Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Rublun dəyərdən düşməsinin Azərbaycana göstərəcəyi təsirdən danışan deputat  bildirib ki, Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Bu da onların yaşayış tərzinə və qazanclarına təsir göstərəcək: “Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Həmin şəxslər Azərbaycana külli miqdarda vəsait göndərirlər. Rublun dəyəri aşağı düşdükcə oradakı həmvətənlərimizin də vəziyyəti ağırlaşır. Bu da Azərbaycan üçün arzuolunan hadisə deyil”.

Deputat bildirib ki, ölkə tərəfindən də ciddi tədbirlər görüləcək: “Prosesin iqtisadiyyatımıza ciddi təsiri olmasa da müəyyən mənfi təsirləri gözləniləndir. Ölkədə dolların rubla dəyişməsi ilə bağlı bəzi valyuta dəyişmə məntəqələrində problemlər oldu. Azərbaycan dövlət səviyyəsində bu məsələlərə baxır. Banklar vasitəsilə müəyyən müdaxilələr edir. İslahatlar aparmaq lazımdır ki Azərbaycan iqtisadiyyatı mövcud durumdan ciddi şəkildə zərər görməsin. Rublun dəyəri düşməkdə davam edərsə əməliyyatlar rublla yox, dollarla həyata keçiriləcək”.

 

Ülviyyə Cövdətqızı

 






21 Noyabr, 2014  14:35 Baxılıb: 640 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner