Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Həmyerlilərimiz Avropa Forumunda

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) M&I Rusiya və Şərqi Avropa Forumunda iştirak edib.

Simsar.az xəbər verir ki, xüsusi olaraq Rusiya və Şərqi Avropa azarları üçün nəzərdə tutulan və bu regionun alıcıları ilə qlobal MİCE (biznes turizm) bazarının ən nüfuzlu və aparıcı üzvlərini bir araya gətirən bu forum cari ilin 9-13 noyabr tarixlərində Berlində baş tutub.

Forum çərçivəsində Büro alıcılarla 50-yə yaxın fərdi görüş və iclaslar keçirib ki, bu görüş və danışıqların əsasında qeyd etmək olar ki, Şərqi Avropa, xüsusilə də Rusiya, Polşa və Çexiya Respublikası Azərbaycanın turizm bazarına böyük maraq göstərir.

Azərbaycanla əməkdaşlıqda və ölkənin biznes turizminin potensialını yaxından öyrənməkdə istəkli olan tərəfdaşlar ən çox ölkəmizdə fəaliyyət göstərən məkan idarəsi şirkətləri və Azərbaycana olan birbaşa uçuşlar ilə maraqlanıb. Onlar eyni zamanda ölkəmizdə fəaliyyət göstərən müasir mehmanxana və görüş məkanları barədə məlumatı böyük həvəslə qarşılayıblar.

Xatırladaq ki, 2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

M&I Forumları, Azərbaycanı dünya MİCE bazarında beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək üçün əlverişli platformadır.

M&I Forumları MİCE bazarı içtirakçılarına ixtisaslıalıcılar ilə əlaqə yaratmağa və təkbətək görüş və iclasların keçirilməsinə imkan verir. Forum çərçivəsində xüsusi seminar və qruplar fəaliyyət göstərir ki, bu da iştirakçılar arasında səmərəli və möhkəm əlaqələrin qurulmasına yardımçı olur.

Yalnız 2013-cü ildə M&I Forumlarında 430-dan çox təchizatçı və 1100-ə yaxın alıcı iştirak edib ki, onlar arasında 24,500 fərdi işgüzar görüşlər keçirilib.

M&I Forumları silsiləsinə 3 qitədə keçirilməklə 6 tədbir daxildir və bu tədbirlər zamanı Avropa, Şimali Amerika, Cənubi Amerikavə Asiyanın MİCE təchizatçıları və peşəkar görüş planlaşdırma şirkətləri hər il orta hesabla 26,000-dən çox işgüzar görüş və iclaslar keçirir.

 






21 Noyabr, 2014  13:37 Baxılıb: 874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner