Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çaylardakı vəziyyət – Kür artıb, Araz isə azalıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-160, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60 faizini təşkil edir. Bu barədə Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilib.

Tranzit çaylarda hazırki vəziyyət

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2013-cü ildə də bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 78 m3/s təşkil edərək ongünlük normanın 97 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm artım, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 304 sm (2013-cü il noyabrın 21-də 340 sm), Şirvanda 139 sm (2013-cü il noyabrın 21-də 185 sm), Salyanda 100 sm (2013-cü il noyabrın 21-də 155 sm), Bankədə 166 sm (2013-cü il noyabrın 21-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 31 sm (2013-cü il noyabrın 21-də 100 sm) təşkil edir.


Aysel Kərimova







21 Noyabr, 2014  13:28 Baxılıb: 656 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner