Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Pantomim teatrının aktyoru ustad dərsi verdi - FOTO

Dövlət Pantomim teatrının gənc istedadlı aktyoru və rejissoru Ceyhun Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakultəsində təhsil alan tələbələr üçün V.E.Meyerxoldun “Biomexanika” təlimi əsasında aktyor tərbiyəsi mövzusunda iki gün ustad dərsi keçib.

Simsar.az xəbər verir ki, maraqla keçən ilk nəzəri məşğələdə  Ceyhun Dadaşov Biomexanika və onun yaranma tarixi ilə ümumi tanışlıq, V.E. Meyerxoldun “Biomexanika”sı, onun aktyor yaradıcılığının və ümumilikdə teatr sənətinin inkişafinda rolundan söhbət açıb. “Aktyorun  obraza ,onun  hisslərinə  yaxınlaşmasının yeganə  yolu  təcrübə ilə,  yaxud obrazın  psixoloji mahiyyətini  dərk etmə  cəhdi ilə deyil,  hərəkətlə  başlanır  və hər şeydən öncə əsl  ustalıq  səhnədə    aktyor oyununun  tamaşaçı  mənəviyyatına , hisslərinə  toxuna  bilməsidir “  deyən  C. Dadaşov bu sistemin  aktyor yaradıcılığı və onun  texnikası üçün böyük əhəmiyyətə malik  olduğunu  qeyd etdi.  İkinci məşğələ isə artıq praktiki şəkildə təşkil olunaraq,  aktyor və məkan, aktyor və obraz kimi məsələləri tələbələr oyun, məşğələlər yolu ilə öz üzərilərində hiss etməyə çalışdılar. Hər iki məşğələ müəllim və tələbələrin fikir mübadiləsi, sual cavab şəklində, səmimi ab-havada keçib.

Günel







21 Noyabr, 2014  13:13 Baxılıb: 1001 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner