Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İnternatlar ümumtəhsil müəssisəsinə çevrilir

Azərbaycanda daha 7 internat məktəbi ümumtəhsil müəssisəsinə çevriləcək.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib ki, 2006-cı ildə ölkə Prezidenti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 11 internat məktəbi ümumtəhsil müəssisəsinə, lisey və gimnaziyalara transformasiya olunub, 3 internat məktəbi isə bağlanıb. Növbəti tədris ilinə kimi 7 internat məktəbinin transformasiya olunması planlaşdırılır.

Onun sözlərinə görə, 2010-cu ildə istifadəyə verilən ailə tipli evlərdə 10 kimsəsiz qız uşağı yaşayır. Təhsil Nazirliyinin İnvestisiya Proqramına bu il Lənkəran şəhərində də oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin yaradılması məsələsi daxil edilib. Hazırda bu istiqamətdə iş aparılır.

M.Hacıyeva deyib ki, 2008-ci ildə dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayı 4055 olduğu halda, 2014-cü ildə bu, 3470 nəfərə enib. Gecələyən uşaqlar arasında 443 nəfər daimi müəssisədə yaşayır.






21 Noyabr, 2014  12:45 Baxılıb: 771 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner