Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

XİN-nin agentlik rəhbəri Afrikaya səfər etdi

Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) tərəfindən 17-21 noyabr tarixlərində donor ölkələrinin nümayəndələri üçün Çada təşkil olunan səfərdə iştirak edir.

XIN-dən Simsar.az-a verilən məlumata görə, səfərə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi ofisi, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı tərəfindən başçılıq edilir.

Səfərin təşkilində əsas məqsəd Çadda davam edən humanitar vəziyyətlə tanışlıq və ölkəyə göstərilən yardımların əlaqələndirilməsi ilə bağlı müzakirələrin aparılmasıdır. Dünyanın aparıcı ənənəvi və yeni donor ölkələri, eləcə də beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi proqram çərçivəsində Çadın yüksək dövlət və hökumət rəsmiləri, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Hüseyn İbadlı

 






21 Noyabr, 2014  11:51 Baxılıb: 728 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner