Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Halliburton” mütəxəssisləri Bakı Ali Neft Məktəbində - FOTOLAR

“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində (BANM) tədris prosesinə cəlb olunub.

Simsar.az xəbər verir ki, "Halliburton" şirkətinin Qərbi Xəzər regionu üzrə meneceri Rəndi Gilçrist rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində olub və Ali Məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.

Görüş zamanı BANM-in rektoru Elmar Qasımov, Azərbaycanın ən görkəmli alimlərinin xarici şirkətlərdə çalışaraq Azərbaycanı yüksək səviyyədə təmsil etdiyini , onların nəinki istehsalatda fəaliyyət göstərməklə, həmçinin elmi fəaliyyətlə məşğul olaraq, ölkədə gənc mühəndislərini yetişməsi üçün tədris prosesinə cəlb olunmasının vacibliyini vurğulayıb. "Halliburton" şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkətin mühəndislərini BANM-də elmi fəaliyyətə başlamalarına və Ali Məktəbin tədris prosesinə qoşulmalarına dəvət edib. Bundan başqa rektor aprel ayından başlanılan ikitərəfli əməkdaşlığın gedişatından razılığını bildirərək, BANM-in seçilmiş tələbələrinin yay təcrübəsini “Halliburton” şirkətində keçmələrinin məhsuldar olduğunu qeyd edib. Onların şirkətdə ödənişli təcrübə keçdiyi müddətdə nəinki fərdi şəxsiyyət kimi dünya görüşünün formalaşmasına, həmçinin mütəxəssis-menecer kimi yetişmələrinə, peşənin praktik və texniki tərəflərini və nizam-intizam qaydalarını dərindən qavramalarına töhfə verib.

“Halliburton” şirkətinin nümayəndələrinə, ölkə üzrə meneceri Rəndi Gilçrist, Qazımada biznesin inkişafı üzrə meneceri Səlahəddin Əyyubova, Maili qazma üzrə koordinator Teymur Əliyevə, Azərbaycan və Gürcüstanda biznesin inkişafı üzrə menecer Rəvan Rəvanova Bakı Ali Neft Məktəbinin yeni tikilən Qafqazın ən böyük kampusu haqqında ətraflı məlumat verildi və gələn tədris ilinin əvvəlində istifadəyə veriləcəyi bildirilib.

Öz növbəsində "Halliburton" şirkətinin ölkə üzrə meneceri Rəndi Gilçrist nümayəndə heyətinin və öz adından BANM-in rəhbərliyinə uğurlu əməkdaşlığın həyata keçirilməsinə görə təşəkkür edib və tələbələrin praktiki bilikləri ilə yanaşı nəzəri biliklərinin səviyyəsini daima yüksəltmək məqsədilə şirkətin mütəxəssislərini BANM-də tədris prosesinə cəlb olunmasına müsbət fikir bildirdi və bu istiqamətdə lazımi dəstək verəcəyini təsdiqləyib.

“Halliburton” şirkətinin nümayəndələri tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırıldı və onların arasında ən bacarıqlı tələbələrin növbəti təcrübədə iştirak etmələri üçün seçiləcəyini bildirilib.

Hüseyn İbadlı







21 Noyabr, 2014  11:20 Baxılıb: 662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner