Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Uşaq telekanalının yaradılmasına nail olacağıq" - Vitse-spiker

“Azərbaycanda uşaq televiziya kanalının yaradılmasına nail olacağıq”. Simsar.az-ın məlumatına görə, bu fikri Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

Vitse-spiker bildirib ki, uşaq hüquqlarının müdafiəsi dünyada hər bir dövlət, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdəndir: “Gələcəyimiz uşaqların əlindədir. Gələcəkdə onların əldə edəcəyi uğurlar biz böyüklərin göstərdiyi xidmətdən asılıdır. Biz uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul etmişik. Milli Məclis ali qanunverici orqan kimi uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm verir. Təsadüfi deyil ki, parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulub, lazımi qanunları qəbul edib”.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb: “Biz ölkədaxili siyasət aparmaqla yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməyə çalışırıq. UNİCEF-lə əməkdaşlığa xüsusi diqqət yetiririk. Ölkədə uşaq hüquqlarının qorunması o zaman geniş vüsət aldı ki, bununla bağlı qurum yaradıldı. Bu sahədə qazanılan təcrübənin öyrənilməsi UNİCEF-ə üzv olan digər dövlətlər üçün də maraqlıdır. Uşaq hüquqlarının və gender bərabərliyinin qorunması ilə bağlı qəbul edilən maddələr çox təqdirəlayiqdir”.

Vitse-spiker deyib ki, Azərbaycanda daim uşaqlara xüsusi münasibət göstərilib, həmçinin ailə institutu çox möhkəm olub: “Gələcəkdə də hansısa qlobal problemlərin, faktorların bu amilə təsir edəcəyi ehtimalını qəbul edə bilmərik”.






21 Noyabr, 2014  11:03 Baxılıb: 720 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner