Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kazanda mədəniyyət nazirlərinin toplantısı keçiriləcək

Noyabrın 20-dən 22-nə kimi  Rusiya Federasiyasınn Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumata görə toplantıda ölkəmizi Azərbaycan respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Dönəm toplantısı çərçivəsində TÜRKSOY təşkilatının Baş katibinin ötən il üçün həyata keçirilmiş layihələrə dair hesabatının dinlənilməsi, 2015-ci il üçün tədbirlər planının təsdiqi, təşkilatın yeni müddət üçün baş katibinin seçilməsi, 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olacaq şəhərin müəyyən edilməsi və başqa məsələlərə dair qərarların qəbul edilməsi nəzərdə tutulub. Dönəm toplantısında iştirak edən nümayəndə heyətlərinin 2014-cü ildə Kazan şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" olması münasibəti ilə keçiriləcək bağlanış mərasimində, TÜRKVİSİON beynəlxalq mahnı müsabiqəsinin final konsertində iştirakı, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti tərəfindən qəbulu da nəzərdə tutulub.

Günel







21 Noyabr, 2014  10:02 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner