Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yeni Azərbaycan Partiyası – 22 il

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasından 22-ci il ötür.

Simsar.az-ın məlumatına görə, 1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasını yaratmaq münasibətilə Azərbaycan ziyalılarının Heydər Əliyevə müraciət edib. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilib və Heydər Əliyev YAP-ın sədri seçilib. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edib.

1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. 1995-ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib. Ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın zəfəri ilə başa çatıb. 2000-ci ildə MM-ə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutub.

Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin noyabrında keçirilən I və II qurultayları təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. YAP-ın II qurutayında partiyanın nizamnaməsinə dəyişikliklər edilib və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə İlham Əliyev seçilib. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçib.

2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev qalib gəlib. 2004-cü ilin dekabr ayının 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atıb. Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev YAP sədri seçilib. 2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilib. Qurultay tarixi qərar alaraq, partiyanın sədri İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürüb. 2008-ci ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilib.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürüb (29 maddəyə). Azərbaycan Respublikasının Milli Məclisi YAP - ın təşəbbüsünü dəstəkləyərək, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktını qəbul edib və 2009-cu il mart ayının 18-də referendum keçiriliməsi barədə qərar verib. Yeni Azərbaycan Partiyası "Yeni Azərbaycan" təşəbbüs qrupunu yaradıb və Referendum Aktının qəbul olunması lehinə fəal təşviqat kampaniyası aparıb. Keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə edib.

Yeni Azərbaycan Partiyası 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində növbəti uğura imza ataraq, bələdiyyə məclislərindəki yerlərin əksəriyyətini qazanıb.

2010-cu ilin ən mühüm siyasi kampaniyası noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər oldu. Yeni Azərbaycan Partiyası 125 seçki dairəsi üzrə 114 namizəd irəli sürdü. Partiya seçkilərdə qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 71 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etdi.

Yeni Azərbaycan Partiyası parlament tipli sağ mərkəzçi siyasi partiyadır. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.

Hüseyn İbadlı

 






21 Noyabr, 2014  10:00 Baxılıb: 637 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner