Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əlil uşaqlar ali məktəbə daxil olub

Bu il V, VI siniflər üçün 21 adda iri şriflərlə və 21 adda brayl əlifbası ilə dərsliklərin hazırlanması, o cümlədən çapı üçün müvafiq tədbirlər görülüb. Yaxın zamanlarda onlar çap edilərək məktəblərə çatdırılacaq.

Bunu Simsar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən verilib.

Nazirlikdən bildirilib ki, ümumtəhsil məktəbləri üçün yeni çap olunmuş II, III və VII sinif dərsliklərinin də yenidən brayl əlifbası ilə hazırlanması üçün müvafiq tədbirlər görülməkdədir.

Ötən illərdə yeni kurikulumun tətbiqi ilə bağlı I-IV siniflər üçün həm iri, həm də brayl əlifbası ilə dərsliklər hazırlanaraq ünvanına çatdırılıb.

Məlumatda o da qeyd olunub ki, sağlamlıq imkanları məhdud olan (gözdən əlil və zəifgörən) uşaqlar üçün dərsliklər bir qayda olaraq ümumi şagird kontingenti nəzərə alınmaqla 5 saylı Respublika xüsusi internat məktəbi tərəfindən sifariş verilir.

Nazirlikdən bildirilib ki, 2013-2014-cü tədris ilində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbini bitirmiş 15 nəfər məzundan 2 nəfər məzun ali, 2 nəfər orta ixtisas, 2 nəfər isə ilk peşə-ixtisas təhsili müəssisəsinə qəbul olub.

Nazirlikdən əlavə olunub ki, hər iki valideyni gözdən əlil olan şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi üçün “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin səkkizinci abzasına dəyişiklik edilməsi barədə Təhsil Nazirliyinin təklifləri Azərbaycan Respublikası Nazirlər  Kabinetinə təqdim olunub.

 

Aysel Kərimova

 






21 Noyabr, 2014  09:38 Baxılıb: 712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner