Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkilindən ATƏT-in bəyanatına kəskin cavab

Millət vəkili Qənirə Paşayeva ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan ərazisini atəşə tutan Ermənistan Müdafiə Nazirliyinə məxsus helikopterin məhv edilməsi ilə bağlı bəyanatına münasibət bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan ərazisini atəşə tutan Ermənistan Müdafiə Nazirliyinə məxsus helikopterin məhv edilməsi ilə bağlı bəyanatını kəskin qınayırıq. Bu problemin tənzimlənməsi missiyasını daşıyan həmsədrlərinin bu cür açıqlaması böyük təssüf hissi doğurur. Çünki o ərazilər Azərbaycanın ərazilıəridir və həmsədrlər də yaxşı bilir ki, Ermənistan 20 ildəm artıqdır ki, Azərbaycanın 20 fazidən artıq torpaqlarını işğal altında saxlayır. Minsk Qrupu həmsədrlərinin hər zaman olduğu kimi bu dəfə də belə mövqe nümayiş etdirmələri münaqişənin tənzimlənməsinə xidmət etmir. Çünki münaqişənin həlli Azərbaycanın toprpaqlarını işğal altında saxlayaraq bölgədə vəziyyəti gərginləşdirən Ermənistana təzyiqdən keçir. Amma onlar nəinki Ermənistana təzyiq göstərir, əksinə bu cür açıqlamalarla ədalətsizliklərini bir daha ortaya qoyurıar. Təssüf ki, Ermənistanın atşkəsi pozaraq mülkü azərbaycanlıları qətlə yetirmələri, yaralamaları ilə bağlı dəfələrlə çağırışlarımıza baxmayaraq susqunluq nümayiş etdirən Minsk Qrupu həmsədrləri yenə də öz ədalətsiz mövqelərini davam etdirirlər. Biz belə mövqeni qınayırıq, bəyan edirik ki, hər bir dövlət kimi Azərbaycanın da öz torpaqlarını və xalqının təhlükəsizliyini təmin etmək kimi suveren haqları var və bu haqları heç kimsə Azərbaycandan ala bilməz. Həmsədrlər də bu hüququ ala bilməzlər. Onlar Ermənistandan o hərbir helikopterin Azərbaycan ərazisində nə işi vardı deyə soruşmalıydılar. Amma yenə həmişə olduğu kimi qeyri-obyektivliklərini ortaya qoydular. Bu səbəbdən də Azərbaycan və xarici ölkələrdəki diasporumuz birlikdə bu məsələdə də haqlı mövqeyimizi hər yerə daha geniş yayaraq bu ədalətsizliklərə qarşı səsimizi daha da ucaltmalıyıq.







21 Noyabr, 2014  09:28 Baxılıb: 621 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner