Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MSK genişmiqyaslı treninqlər keçirəcək

Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində keçirdiyi "Trenerlər üçün treninq"lər başa çatıb.

Simsar.az xəbər verir ki, dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində noyabrın 17-dən başlanmış "Trenerlər üçün treninq”lər başa çatıb

Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan treninqlər nəzərdə tutulduğu kimi 4 gün müddətində seçki dairələri üzrə yerli trenerlərin iştirakı ilə keçirilib.

Treninqlərdə seçki dairələrinin hər birindən 2 nəfər olmaqla cəlb edilmiş yerli trenerlərə seçki günü proseslərinə dair bütün məsələlər – səsvermə hərəkətləri, seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri, seçki prosesində müstəsna hallar, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması praktiki məşğələlərlə əyani şəkildə nümayiş etdirilib.

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin müzakirəsi zamanı regionlarda seçki dairələri üzrə treninqlərin təşkil olunma qaydası və formatı iştirakçılara izah olundu, treninqlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi tövsiyələr verildi və müzakirələr zamanı meydana çıxan suallar cavablandırılıb.

Qeyd edək ki, genişmiqyaslı maarifləndirmə layihəsi olan aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə noyabrın 25-dən başlanılacaq.

Hüseyn İbadlı







20 Noyabr, 2014  18:18 Baxılıb: 728 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner