Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Başqanın qardaşı ittihamlara cavab verdi – QUBAD SİYAVUŞU TƏKRARLAYIR

Müsavat Partiyasının sonuncu qurultayından məğlub ayrılan qüvvələr son zamanlar yeni başqana qarşı hücuma keçiblər. Onlar partiya rəhbərliyinə təkrar qurultay keçirməklə bağlı təklif veriblər. Görəsən bu təklifi partiya funkisyonerləri neçə qarşılayırlar?

Təkliflərin əsasız olduğunu deyən Müsavat Partiyasının Məclis üzvü, yeni başqanın qardaşı Mustafa Hacıbəyli Simsar.az-a bildirib ki, partiya üzvlərinin əksəriyyəti narazı qüvvələrin təklifini bölüşmürlər: “Qurultay təzə keçirilib və nəticələr say komissiyası və qurultay nümayəndələri tərəfindən təsdiqlənib. Bu səbəbdən partiya üzvlərinin mütləq əksəriyyəti təkrar qurultayın keçirilməsi üçün heç bir zərurət görmürlər”.

Təkrar qurultayın keçirilməsi ilə bağlı təklifin bir neçə gün öncə Milli Məclisin deputatı Siyavuş Novruzov tərəfindən irəli sürüldüyünü deyən məclis üzvü bildirib ki, Qubad İbadoğlu iki gün sonra həmin təklifi təkrarlayaraq bəyanatla çıxış edib: “Partiya Nizamnaməsinə görə qurultay səlahiyyətli orqanlar tərəfindən  təyin oluna bilər. Əgər kimsə təkrar qurultayın keçirilməsini istəyirsə, bilməlidir ki, bu, yalnız Müsavat Məclisinin verəcəyi qərar nəticəsində reallaşa bilər. Belə bir qərarın verilməsi üçün hələlik heç bir əsas yoxdur. O cümlədən partiyanın rəsmi strukturlarına bu barədə heç bir müraciət edilməyib”.

M.Hacıbəyli həmçinin sabiq partiya başqanına qarşı səslənən ittihamlara da cavab verib: “İsa Qəmbərin hakimiyyətə işləməsi ilə bağlı deyilənlər doğru deyil. Müsavat Partiyası və başqanı daim hakimiyyətin hədəfindədir. İsa bəy daim hakimiyyətin əsas hədəfi olaraq qalacaq”.

Hüseyn İbadlı

 

 






20 Noyabr, 2014  16:33 Baxılıb: 760 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner