Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyevə medal təqdim edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.

AzərTAc xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda həyata keçirilən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu cür tədbirlərin yaxşı fürsət yaratdığını bildirdi.  Bir sıra beynəlxalq tədbirlərin təşkilində ölkəmizin yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə etdi.

Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olundu, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görülməsindən məmnunluq ifadə olundu.

Sonra Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir.

Sonda xatirə şəkli çəkdirildi.






20 Noyabr, 2014  16:10 Baxılıb: 744 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner