Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Baxın əsərlərini əslində arvadı yazıb- ŞOK İDDİA

Ünü bütün dünyaya yayılan Alman bəstəkarı İohan Sebastiyan Baxa aid bəzi çello bəstələrinin, əslində həyat yoldaşı Anna Maqdalena Baxa aid olduğu iddia edilir.

Simsar.az Vaşinqton Post qəzetinə istinadən xəbər verir ki, iddianın sahibi Avstraliyanın Çarls Darvin Univertetinin professorlarından biri Martin Carvis Anna Maqdalenanın həyatından bəhs edən sənədli filmdə bu iddiasını təsdiq edəcək bir çox fakt tədim edib.

Baxın səs gətirən əsərlərini özünün yazmadığını iddia edən professor Baxın aralarında “Qoldberq Varyasiyaları”nın da yer aldığı əsərlərinin əslində ikinci arvadı Anna Maqdalena tərəfindən yazıldını iddia edib. Onun bu iddiası  böyük səs-küy doğurub.

2006- cı ildə bu iddianı ortaya atan professor, son 8ildə Baxın əl yazmaları, imzası və yaradıcılığını araşdırdıqdan sonra bu nəticəyə gəlib. Ədli tibbi mütəxəssislərdən də kömək istəyən professor, notlardakı əl yazılarının mürəkkəb istifdəsinin Baxa aid olmadığını bildirib. Mütəxəssislər Annanın əsərlərin üzünü köçürməklə kifayətlənmədiyini, bu notların yaradıcı zəkasından doğduğunu təsbit ediblər.

Qadın bəstəkarlar şöhrət qazana bilmək üçün kişi adından istifadə ediblər

Professor Carvis, dahi bəstəkarların  kişi olduğu yolundakı cinsiyyət inancını tərsinə çevirmək istəyir. Yəni tarix kitablarına Xanım Baxın da girə bilmə ehtimalı var. Hətta ədli tibbi mütəxəssis: “Elmi olaraq bu iddianı doğru saymaq üçün səbəblərimiz var” deyərək bəstələrin Baxın həyat yoldaşına aid ola biləcəyinə diqqət çəkir.

Qeyd edk ki, indiyə qədər Anna Maqdalenanın Baxın həyatının son illərində üzərində işlədiyi bəstələrinin kağız üzərinə köçürtdüyü bilinirdi. Ancaq mütəxəssislər bu notların kənardan eşidərək deyil, öz ağlından keçənləri yazdığı qənatinə gəlib.

Günel







20 Noyabr, 2014  13:52 Baxılıb: 971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner