Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirildi

ARDNŞ-nin vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin baş direktoru Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib.

Simsar.az xəbər verir ki, ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) baş direktoru Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib və onları yeni tikilən Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi haqqında geniş məlumatlandırıb.

Tədbiri çıxış nitqi ilə açan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qonağı salamlayıb və Ali məktəbdə görməkdən məmnunluq ifadə edib. Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini, yeni Neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası ARDNŞ-nin fəaliyyətində  növbəti böyük nailiyyətlər əldə etməsinə yeni imkanlar yaradacağını qeyd edən Elmar Qasımov, bu dəyərli görüşün keçirilməsində əsas məqsəd BANM-in tələbələrini, Azərbaycanın bugünkı gəncliyini ARDNŞ-nın gündən günə inkişaf edən fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış etmək, onların ARDNŞ-nin müasir standartlara cavab verən yeni layihələrində mütəxəssis kimi iştirak etmələrinə, bu istiqamətdə üzərlərinə düşən əsas öhdəlikləri dərk etmələrinin, elmi və təcrübə biliklərinin dərinləşməsi üçün zəruri addımların atılmasının və Azərbaycanın neft-qaz və neft-kimya sahəsində olan ingilisdilli yüksəkixtissaslı mütəxəssis tələbatının ödənilməsinin vacibliyini vurğulayıb.

Daha sonra vitse-prezident Tofiq Qəhrəmanov rəhbərlik etdiyi Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə dair təqdimatla çıxış edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkədə yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin Qaradağ və Abşeron rayonlarının sərhədində inşa olunacağını və 2018-2020-ci illərdə istifadəyə veriləcəyi nəzərdə tutulduğunu tələbələrin diqqətinə çatdırdı. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın mülki, sosial, infrastruktur və mədəniyyət təyinatlı tikinti sahəsində nəhəng nailiyyətlərlə yanaşı, neft emalı və neft-kimya sahəsində də dərin texniki və texnoloji irəliləyişlərin müşahidə olunacağını, bir çox növ məhsul və məmulatların idxalından yaxa qurtarmağa imkan verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə başlayacağını qeyd edən vitse-prezident, bunlarla yanaşı, müasir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı yaranacağını, yeni iş yerlərinin açılacağını və əhalinin məşğulluq strukturunu keyfiyyətcə yaxşılaşacağını iştirakçıların nəzərinə çatdırıb.

Xüsusilə də bu layihənin icrasında ingilisdilli və müasir bilikli gənc mütəxəssislərin cəlb olunmasına böyük önəm verildiyini vurğulayan T.Qəhrəmanov, BANM rəhbərliyi ilə bu istiqamətdə əməkdaşlıq etməsinə, ən bacarıqlı tələbələrin  Neft-qaz emalı və Neft-kimya Kompleksi layihəsində təcrübə keçmələrinə marağlı olduğunu bildirib və gəlcəkdə məhz BANM-in məzunlarının ARDNŞ-nin müasir kadr tələbatının yüksək səviyyədə ödəcəyinə əminlik ifadə edib.

Təqdimatdan sonra vitse-prezident və layihə rəhbəri T.Qəhrəmanov tələbələrin çoxsaylı suallarını cavablandırıb və onların gələcək peşakar həyatlarında uğurlar arzulayıb.

Tədbirin sonunda BANM-in rektoru E.Qasımov ARDNŞ-nın vitse-prezidenti T.Qəhrəmanovu dəvəti qəbul etdiyinə və tələbələri layihə haqqında  dolğun məlumatlandırdığına görə təşəkkürünü bildirib.

Sonda T.Qəhrəmanova BANM-nin “Fəxri qonağı” diplomu təqdim edilib.

Hüseyn İbadlı

 






20 Noyabr, 2014  13:48 Baxılıb: 750 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner