Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Səfir: “Avropa Məhkəməsində hazırda Azərbaycanla bağlı 36 şikayət var”

"Avropa Məhkəməsi həmin şikayətlərə mütəmadi olaraq nəzər yetirir"

Bu gün Bakıda əsas insan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsi (İfadə azadlığı) ilə bağlı ikigünlük seminar öz işinə başlayıb. 

Simsar.az xəbər verir ki, tədbir Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində təşkil olunur. Tədbirdə çıxış edən Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı seminarın zəruriliyini vurğulayıb.

“Avropa Məhkəməsi maddi və mənəvi zərərə görə kompensasiyanı fərqli prinsiplərə uyğun müəyyənləşdirir. Maddi zərərə məhkəmə prosesi dövründə çəkilən xərclər daxildir”, - deyən Rəşid Hacılının sözlərinə görə, mənəvi zərər təyin olunanda şəxsin kimliyinin o qədər də təsiri olmur: “Çünki məhkəmə belə məqamlara fərq qoymur”.


Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanla Avropa Şurası arasında media sahəsində xeyli sayda birgə layihələrin həyata keçirildiyini xatırladıb. O qeyd edib ki, bügünki seminar da belə tədbirlərdən biridir.

Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Konstantin Yerokostopolos Avropa Məhkəməsində şikayətlərin müxtəlif olduğunu söyləyib. O deyib ki, hazırda Azərbaycanla bağlı Avropa Məhkəməsində 36 şikayət var: “Avropa Məhkəməsi həmin şikayətlərə mütəmadi olaraq nəzər yetirir. Biz bu cür şikayətlərdən irəli gələn tələblərin icrası üçün Azərbaycan hökumətinin vaxtında iş aparmasını zəruri sayırıq”.






19 Aprel, 2011  15:42 Baxılıb: 1125 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner