Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sumqayıt teatrına xarici rejissorlar dəvət olunub

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Bolqarıstan və Ukraynadan gəlmiş rejissorların quruluşunda iki yeni tamaşanın məşqlərinə başlanılıb.

Bolqarıstan və Ukraynadan olan rejissorlar- Hristo Stoyçevlə Arkadiy Neputaliuk Sumqayıta teatr rəhbərinin dəvəti ilə gəliblər. Teatrdan Simsar.az-a verilən məlumata görə, Hristo Stoyçev Bolqarıstanın Kardjaliy şəhərinin “Dimitov Dimov” and “Kadrie Latifova” teatrının baş rejissorudur. Budəfəki səfərini Sumqayıt teatrının kollektivi ilə yaxından tanışlığa həsr edən rejissor 2015-ci ilin mayında təkrar Sumqayıta gələrək teatrın səhnəsində Şekspirin “Otello” faciəsini səhnələşdirəcək.

Hazırda teatrda gərgin məşqləri gedən yeni tamaşanı ukraynalı rejissor Arkadiy Neputaliuk hazırlayır. Tamaşa N. Qoqolun “Ölü canlar” əsərinin motivləri əsasında səhnələşdirilir və “Çiçkovun sərgüzəştləri” adı ilə səhnəyə qoyulacaq. Noyabrın sonunadək hazır olacağı gözlənilən tamaşaya sumqayıtlılar dekabrın əvvəlində baxa biləcəklər.

Günel







20 Noyabr, 2014  11:17 Baxılıb: 823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner