Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili: “Cavabdeh qurumları insanlarımıza dəstək olmağa çağırıram”

Millət vəkili Qənirə Paşayeva hökuməti Tovuzun məktəb, təbii qaz və suvarılma suyu ilə bağlı problemlərinin həllinə dəstək göstərməyə çağırıb.

Parlamentdə 2015-ci büdcə ilə bağlı müzakirələrdə millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzun böyük və təhsil göstəriciləri yaxşı olan kəndlərindən olan Bozalqanlı, Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Əlimərdanlı, Hunanlar kəndlərində yeni məktəb tikintisinə böyük ehtiyac var. O bildirib ki, bu kəndlər əhali sayına görə böyük kəndlərdəndir və onların hər birinin sadəcə bir məktəbi var və ümumi istilik sistemləri olmayan  həmin məktəblər təhsil üçün yaxşı vəziyyətdə deyil və həmin kəndlərdə təcili olaraq yeni məktəb tikintilərinə ehtiyac var. Millət vəkili bildirib ki, məktəblərin səviyyəsinin yaxşı olmaması normal  təhsil ənənələri olan bu kəndlərdə təhsilin səviyyəsinə də özünün mənfi təsirini göstərir və təcili olaraq bu problemin həlli zəruridir. Bu məsələ ilə bağlı ölkəmizin Baş naziri Artur Rəsizadə, Maliyyə naziri Samir Şərifovla danışdığını və müzakirə etdiyini deyən millət vəkili Qənirə Paşayeva hökumətə həmin kəndlərdə yeni məktəb tikintisi ilə bağlı rəsmi müraciət göndərdiyini də deyərək bu məsələnin yaxın zamanlarda öz həllini tapacağına inandığını deyib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təhsil sahəsində, yeni məktəb tikintisi sahəsində böyük işlər görüldüyünü və Tovuzda da yeni məktəblər tikildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hökumətdən bu kəndləri də diqqətdə saxlamağı və 2015-ci il büdcəsində maliyyə ayrılmasını xahiş edib. O eyni zamanda xahiş edib ki, rayonun böyük kəndlərindən olan Dönük Qırıqlı kənd məktəbinin çox təcili şəkildə təmirinə və istilik sisteminin qurulmasına ehtiyac var və bu istiqamətdə hökumətə xahiş və müraciət etdiyini deyərək 2015-ci il çərçivəsində məktəbin təmiri məsələsinin həllinə çağırıb. Millət vəkili Qənirə Paşayeva Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışıb və bildirib ki, Tovuzun bir sıra kəndlərində qazlaşma prosesi hələ də başa çatmayıb. Millət vəkili "Azəriqaz" rəhbərliyini Ermənistanla ön cəbhə rayonu olan Tovuz rayonunun kəndlərinin  qazlaşdırılması prosesini başa çatdırmağa çağırıb. Hunanlar kəndi ilə bağlı "Azəriqaz" rəhbərliyinə xüsusi müraciət etdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu kənd də daxil olmaqla indiyənədək qazlaşdırılmayan kəndlərin 2015-ci il çərçivəsində qazlaşdırılmasını başa çatdırmağa çağırıb və həmin kəndlərin əhalisinin hər görüşdə bu məsələni xüsusi qaldırdığını və hökumətə onların adından xahiş etmələrini istədiklərini deyib. Bu məsələnin cənab Prezidentin hər zaman diqqətində olduğunu deyən millət vəkili Qənirə Paşayeva ümid edir ki, 2015-ci ildə Tovuzun təbii qaz ilə təchiz olunmayan kəndlərinin qazlaşdırılması prosesi başa çatacaq və hökuməti ön cəbhə rayonu olan Tovuzda bu prosesin tezliklə başa çatmasına ciddi dəstək göstərməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva bu yay Tovuz da daxil olmaqla, bir sıra kənd təsərrüfatı rayonlarında yaranan ciddi problemdən - əkin sahələrinin suvarılması ilə bağlı yaranan su qıtlığından danışıb. O bildirib ki, Tovuz da daxil olmaqla əhalisinin daha çox kənd təsərrüfatı ilə məşğul olan rayonlar bu yay ciddi problemlə - suvarma suyu qıtlığı ilə üzləşdilər ki, bu da ciddi şəkildə məhsuldarlığa təsir göstərməklə bərabər kənd təsərrüfatı ilə məşğul olan insanlara ciddi problemlər yaratdı. Konkret olaraq Tovuzun bir sıra kəndlərində bu istiqamətdə yaranan problemlərdən danışan Qənirə Paşayeva bildirib ki, bu sahəyə cavabdeh yerli və mərkəzi qurumların rəsmiləri ilə müzakirələr zamanı ona bildiriblər ki, ilin quraqlıq  keçməsi, yağışların az olması və s. səbəblərdən əkin sahələrinin suvarılması üçün istifadə olunan mənbələrdə qıtlıq yaranıb. Qənirə Paşayeva deyib: "Heç kəs deyə bilməz ki, gələn yay necə keçəcək, bəlkə yenə quraqlıqlar, yağışlar az olacaq. Rayonun kəndlərində insanlarla müzakirələr zamanı onlar bildirdilər ki, çox yaxınlıqdan Kür çayı keçir, amma onun suyundan insanların əkin sahələrinin suvarılmasında istifadə etməsi üçün imkanları yoxdur. Hətta Kür çayı yaxınlığında yerləşən  bəzi kəndlər Sovet dövründə nasoslarla Kürdən istifadə edə bilirdilər, amma indi həmin mexanizmlər də sıradan çıxıb. Mən hökumətimizi, bu sahəyə cavabdeh qurumları çağırıram ki, Tovuzun ən azı Kür çayına yaxın kəndlərinin əkin sahələrinin suvarılmasında Kür çayının suyundan istifadə mexanizmlərini araşdırsınlar və insanlarımıza bu istiqamətdə dəstək göstərsinlər”. Millət vəkili Qənirə Paşayeva kənd sakinləri ilə görüşdə onların bu məsələni xüsusi qaldırdıqlarını və hökumətdən bu istiqamətdə dəstək göstərilməsini xahiş etdiklərini deyərək bildirib ki, bir çox kəndlərdə insanların həyatı məhz əkinlə bağlıdır və bu kimi məsələlər həmin sahədə ailələr üçün ağır problemlər yaradır və hökumətdən qısa zamanda bu istiqamətə xüsusi diqqət ayırmalarını xahiş edib ki, ən az gələn yay insanlar eyni problemi yaşamasınlar.

Simsar.az







20 Noyabr, 2014  11:01 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner