Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

2020-ci ildə neft-kimya zavodları istifadəyə veriləcək

NQNK kompleksinin birinci mərhələsi çərçivəsində illik istehsal gücü 12 milyard kubmetr olan Qaz Emalı və ildə ümumilikdə 860 min ton polimer istehsalını nəzərdə tutan qaz xammalı əsaslı Neft-Kimya Zavodlarının 2020-ci ildə istismara verilməsi planlaşdırılır.

Simsar.az xəbər verir ki, bu barədə Bakıda keçirilən İkinci “Azərbaycan və Xəzər dənizi Neft və Qaz həftəsi” forumundakı çıxışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) layihə təşkilatı və nəzarət şöbəsinin müdiri Orxan Cəfərov məlumat verib.

O bildirib ki, kompleksin birinci mərhələsinə aid olan zavodlarla bağlı gələn ilin birinci rübündə tender elan olunacaq və tender 2015-ci ilin sonunda başa çatacaq. Tender zavodların tikintisi və texniki təchizatını əhatə edəcək və layihə üzrə işlərə gələn ilin sonundan başlanılacaq. İki zavodun tikintisinə ümumilikdə 7 milyard dollar vəsait sərf olunacaq.

Vüsal Qarayev







20 Noyabr, 2014  10:46 Baxılıb: 918 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner