Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Məşhur aktyorun təcavüz etdiyi 3-cü qadın danışdı

ABŞ-ın məşhur yumor ustası Bill Kosbi haqqındakı sensasiyalı iddialar davam edir.

Simsar.az xəbər verir ki, keçmiş Amerika modeli Ceynk Dikinson televiziya kanallarından birində verdiyi müsahibəsində 32 il əvvəl Bill Kosbi tərəfindən təcavüzə uğradığını etiraf edib. Məşhur yumor ustasının ona məcburən içki və narkotik maddə verdiyini söyləyən model, son bir ay ərizində Billin təcavüzünə məruz qaldığını etiraf edən üçüncü qadın oldu.

1982- ci ildə Kosbi tərəfindən gələn iş təklifini müzakirə etmək məqsədiylə Nevada əyalətində yerləşən Taho Gölünə dəvət edildiyini deyən Dikinsonun iddialarına görə şam yeməyindən sonra otağına qayıdan qadın, ertəsi gün oyandıqda gecəliyinin üstündə olmadığını deyir. Aktyorun kariyerası boyunca bu cinayətlə günahlandıran 15-ci qadın olan Dikinson: “Xatırlaya bildiyim qədəriylə, huşumu itirmədən əvvəl bu adam tərəfindən təcavüzə uğramışdım” deyib.

Təxminən bir aydın  böyük müzakirələrə səbəb olan bu iddalar aktyorun  vəkili tərəfindən yalanlanmışdı. Digər tərəfdən də aktyorun pərəstişkarları yalnız qoymayıb, sosial şəbəkələrdə Kosbiyə yardım kampaniyası başladaraq onu sonuna qədər dəstəkləmişdilər.

Bütün bu müzakirələr səbəbində aktyorun 77-ci doğum günü münasibətiylə hazırlanan yumoristik verilişin yayımlanması ertələnib.

Günel

 






20 Noyabr, 2014  10:35 Baxılıb: 736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner