Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yağış 300 nəfəri xəstəxanalıq etdi

Ötən iki gün ərzində yağan yağış İranın Xuzestan əyalətinin Əhvaz şəhərində 300 nəfəri xəstəxanaya getməyə məcbur edib.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin Səhiyyə Nazirliyinin Əhvaz şəhəri üzrə idarəsinin rəis müavini İrəc Nəzəri deyib ki, yağışdan sonra insanlarda nəfəsalma çətinləşib və 300 nəfər tənəffüs problemləri ilə əlaqədar xəstəxanalara müraciət edib.

İ.Nəzəri ağciyər və ürək xəstəliklərindən əziyyət çəkənlərə və immun sistemi zəif olanlara yağış zamanı evdən çıxmamağı məsləhət görüb.

Qeyd edək ki, payız fəslinin əvvəlində Xuzestan əyalətinə ilk yağış yağan zaman əyalətdə 1000 nəfərdə tənəffüs problemi yaranmışdı və onlar xəstəxanalara müraciət etmişdilər.

Bu problem ötən il də Xuzestan əyalətində yaşayan əhali üçün yaranmışdı. Son illərdə Xuzestan əyalətində turşu yağışı əhali üçün müxtəlif problemlər yaradır.

İranın Ekologiya Təşkilatının Xuzestan əyaləti üzrə idarəsi elan edib ki, turşu yağışının başvermə səbəbləri araşdırılır.

Xuzestan əyalətinin Əhvaz şəhəri və şəhərin ətrafında turşu yağışlarının yağmasına səbəb kimi neftlə və sənaye obyektlərinin fəaliyyəti nəticəsində çirklənmə, şəkər çuğunduru tullantılarının yandırılması, zibillərin həddən artıq toplanması və havanın rütubətinin 95 faiz olması göstərilir.






20 Noyabr, 2014  09:36 Baxılıb: 635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner