Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda restoranda su qızıl qiymətinə satılır - FOTO

Bakı restoranları “su qiymətinə” deyimini, deyəsən, “qızıl qiymətinə” döndərirlər. Paytaxtın tanınmış restoranı dünya praktikasında rast gəlinməyən qayda ilə işləyir, suyu yeməkdən baha qiymətə satır

Əcaib mənzərə ilə Milli.Az əməkdaşları ötən gün Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində yerləşən Villa Pizza restoranında rastlaşıblar.

Nahar üçün iki “Strambo” yeməyi, 2 ədəd banka pepsi sifariş veriblər. Sonda ofisiant hesabı gətirəndə dəhşətə gəliblər. Mağazalarda ən baha halda 50 qəpiyə salılan Pepsi onlara 2,30 manata satılıb.

Maraqlıdır, görəsən, ölkə restoran-kafelərində müştəriyə təqdim olunan hər hansı bir qidanın maksimum satış qiyməti üçün ağlabatan hədd varmı? Bu məsələlər hansısa qanunla tənzimlənirmi?

Azad İstehlakçılar Birliyinin sərdi Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildirdi ki, restoranların müştəriyə satdığı məhsulun qiyməti qanunla tənzimlənmir. Restoranlar malı müştəriyə baha qiymətə də sata bilər.

“Çox təəssüf ki, belədir. Restoranlarda da ən problemli məsələ hesabın baha göstərilməsidir. İnsanlarda da anormal hal baş alıb gedir ki, əgər restoranın eyvanı dənizə baxırsa, bir stəkan suyu 20 manata da sata bilər. Müştəriyə ilk olaraq menyu təqdim olunmalı, seçim əsasında yemək və su təqdim olunmalıdır. Bu məsələlər qanunların zəif olmasından qaynaqlanır”, - deyə birlik sədri əlavə etdi.






20 Noyabr, 2014  09:27 Baxılıb: 725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner