Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Dövlət xadimlərimizin olduğu helekopterin ermənilər tərəfindən vurulmasından 23 il ötür - SİYAHI

Bu gün Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” helekopterinin erməni hərbi birləşmələri tərəfindən vurulmasından 23 il keçir.

Simsar.az-ın məlumatına görə, 1991-ci il noyabrın 20-də helekopterin vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri və jurnalistlər həlak olublar.

Həlak olanlar içərisində dövlət katibi Tofiq İsmayılov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, baş nazirin müavini Zülfü Hacıyev, Ali Sovetin deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri, tanınmış jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının xəbərlər redaksiyasının əməkdaşı, jurnalisti Alı Mustafayev də olub. Hadisə nəticəsində 22 nəfər həlak olub.

Həlak olanların siyahısı:

 

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi

- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror

- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri

- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini

- Vaqif Cəfər oğlu Cəfərov - deputat

- Vəli Hüseyn oğlu Məmmədov - deputat

- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri

- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini

- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru

- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi

- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi

- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı

- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini

- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru

- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant

- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi

- Alı Mustafa oğlu Mustafayev – AzTV - telejurnalist

- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı

- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator

- Vyaçeslav Vladimiroviç Kotov – helekopter heyətinin komandiri

- Gennadi Vladimiroviç Domov – helekopter heyətinin üzvü

- Dmitri Borisoviç Yarovenko - helekopter heyətinin üzvü

 







20 Noyabr, 2014  09:00 Baxılıb: 987 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner