Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Putin Ərdoğanla görüşə gedir

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedir.

Simsar.az-ın məlumatına görə, Putini Türkiyə səfərində 10 nazir müşayiət edəcək.

Rusiya prezidentinin Türkiyəyə səfərinin məqsədi Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirakıdır. Putin Ərdoğanla birlikdə iclasa sədrlik edəcək.

Görüşlərdə iki ölkə arasındakı 35 milyard dollarlıq ticarət həcminin 2020-ci ilə qədər 100 milyard dollara çatdırılması barədə danışılacaq.

Toplantıda iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq müzakirə olunacaq.

Bundan başqa, Türkiyədən Rusiyaya meyvə və tərəvəz ixracı, Rusiyada yaranan qıtlığın aradan qaldırılması ilə bağlı danışıqlar aparılacaq.

Enerji sahəsində isə Ağquyu nüvə stansiyasında işlərin sürətləndirilməsi perspektivləri araşdırılacaq.

Qeyd olunur ki, istər Ankara, istərsə də Moskva ticarət həcmini 2020-ci ilə qədər 100 milyard dollara çatdırmaqda maraqlıdır.






19 Noyabr, 2014  19:27 Baxılıb: 773 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner