Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili "Şah Abbas" məscidinin bərpasına çağırdı

Millət vəkili Qənirə Paşayeva Hökuməti və Mədəniyyət Nazirliyini Tovuzdakı tarixi "Şah Abbas" məscidini və mədəniyyət abidələrini təmir-bərpaya çağırıb.

Simsar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr zamanı çıxışında  Hökumətdən və Mədəniyyət Nazirliyindən Tovuzun Yanıqlı kəndində yerləşən tarixi "Şah Abbas" məscidini tezliklə təmir-bərpaya çağırıb. O bildirib ki, bu tarixi abidə çox ağır vəziyyətdədir və dağılır. Əgər qısa zamanda təmir-bərpa işləri görülməzsə, sonradan bu tarixi abidəmizi bərpa etmək mümkünsüz olacaq. O bununla bağlı kənd sakinlərinin, ziyalıların hökumətə müraciətini səsləndirərək qısa zamanda bu istiqamətdə addımlar atmağa səsləyib. Mədəniyyət abidələri ilə bağlı təkliflərlə çıxış edən millət vəkili bildirib ki, rayonlarda ilk öncə sadəcə təmir-bərpa ilə yüksək səviyyəyə gətirilərək dağılmaqdan xilas edilməsi mümkün olan abidələrə diqqət göstərmək lazımdır. Çünki onlar qısa zamanda təmir-bərpa olunmazlarsa, getdikcə daha da çox dağılacaqlar və sonra onları təmir-bərpa ilə həyata qaytarmaq mümkün olmayacaq və mütləq yeni mədəniyyət evlərinin, ocaqlarının tikintisinə ehtiyac yarabnacaq. Tovuzun ən böyük kəndlərindən olan Düz Qırıqlı kəndinin mədəniyyət evinin indi acınacaqlı durumda olması və təcili təmir-bərpaya ehtiyacı olmasından danışan millət vəkili Qənirə Paşayeva deyib ki, bir zamanlar Sovet dövrlərində milli liderimiz Heydər Əliyev Tovuza səfərləri çərçivəsində məhz bu mədəniyyət evində çıxış edib. Çox böyük və yüksək səviyyədə tikilmiş bu mədəniyyət evi bu gün sadəcə təmir-bərpanın olmaması üzündən getdikcə daha da dağılır. Həmin mədəniyyət evini təmir və bərpa etməklə həm onu dağılmaqdan xilas etmək olar, həm də başqa bir mədəniyyət evi olmayan 10 mindən artıq kənd sakinlərinə onu yenidən hədiyyə etmək olar. Mən  hökumətimizi və Mədəniyyət Nazirliyimizi 2015-ci il çərçivəsində bu məsələləri həll etməyə çağırıram.

 

 

 

 

 

 

 






19 Noyabr, 2014  18:07 Baxılıb: 784 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner