Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail minlərlə fələstinli uşağa işgəncə verir

İllərdir təzyiqini davam etdirən İsrail, Qərbi İordaniya və Qəzza başda olmaqla fələstinlilərə qarşı həbslərini davam etdirir.

İsrailin 2000-ci ildən bəri Qərbi İordaniyada və Qüdsdə 10 min fələstinli uşağı həbs etdiyi ortaya çıxıb. Həbs edilən uşaqların çoxu İsrail əsgərləri tərəfindən işgəncələrə məruz qalıb və psixoloji travmalar alıblar.

Simsar.az xəbər verir ki, Fələstin Qurtuluş Təşkilatının Əsirlərlə İş Üzrə Qurumunun sədri İsa Karaki verdiyi yazılı açıqlamada İsrailin, fələstinli uşaqları həbs edib işgəncələr verərək, BMT-nin qəbul etidyi Uşaq Haqqları Sözləşməsini pozduğunu bildirib.

Açıqlamada iyun ayından bəri 3 min fələstinlinin həbs edildiyi vurğulanıb. Həbs edilən uşaqların 95%-inin işgəncələrə məruz qaldığı bildirilən açıqlamada, hazırda 300 fələstinli uşağın İsrail həbsxanalarında həbsdə olduğu qeyd edilib.

İsrail hökuməti tərəfindən məsələylə bağlı açıqlama gəlməyib.

Vüsal Qarayev







19 Noyabr, 2014  17:30 Baxılıb: 745 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner