Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Prezident mükafatı”na namizəd olacaq gənc alimlərlə bağlı PROSEDUR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Gənclər üçün Prezident Mükafatı”na 4 gənc alimin namizədliyini irəli sürəcək. Simsar.az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub. Namizədlər AMEA-nın İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri institutları, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Gəncə Bölməsinin elmi nəticələri ilə fərqlənən gəncləridir.

İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev xatırladıb ki, “Gənclər üçün Prezident Mükafatı” ölkə başçısı İlham Əliyevin 2 iyul 2013-cü il tarixli fərmanı ilə təsis olunub. Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir. Namizədlər müvafiq ekspert komissiyasına təqdim olunan 14 nəfər arasından seçildikdən sonra Rəyasət Heyətinə təklif edilib. R.Əliquliyev akademiyanın mükafata layiq bildiyi gənc alimlərin siyahısının dekabr ayının 1-dək Azər¬bay¬can Respublikası Gənclər və İdman Nazirliyinə təqdim ediləcəyini vurğulayıb.

Aysel Kərimova







19 Noyabr, 2014  17:09 Baxılıb: 758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner