Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dindarlar Qarabağa toplaşdı

Bərdədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Beyləqan və  Füzuli fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də ilahiyyatçılar və fəal dindar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.

Simsar.az xəbər verir ki, Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Bölgə qazısı Ramazan Hüseynov iştirak ediblər.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışı edərək bildirib ki, Azərbaycan hüquqi dövlətdir və İslam dini bizim milli ideologiyamızın tərkib hissələrindən biridir: Azərbaycan dövlətinin dinə qayğısı hər kəsə məlumdur: “Azərbaycanda İslam dəyərlərinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər zamanında ölkəmizdə 18 məscid vard idi. Bu gün artıq respublikamızda iki mindən çox məscid var. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu mükəmməl siyasi xətt cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir".

Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Açılış mərasimindən sonra panellər üzrə davam edən konfransda bir neçə maraqlı məruzə dinlənilib.

Mövzular ətrafında geniş müzakirələr aparılıb və məruzələr konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.

Konfrans müxtəlif mövzular üzrə panellərlə sabah öz işini davam etdirəcək.

Hüseyn İbadlı

 






19 Noyabr, 2014  16:52 Baxılıb: 679 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner