Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

40 nəfərin ölkədən çıxması qadağan edildi

Azərbaycan Vergilər Nazirliyi dövlət büdcəsinə olan vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını açıqlayıb.

Simsar.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, dövlət büdcəsinə vergi borcunun məcburi qaydada ödətdirilməsinin təsirli vasitələrindən biri də vergi borcu olan fiziki şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

Vergi Məcəlləsinin 23.1.16-cı maddəsində əsasən, dövlət büdcəsinə borcu olan fiziki şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə vergi orqanları tərəfindən icra məmurlarına müraciət edilir. “İcra haqqında” qanunun 84-1.1-ci maddəsinə əsasən isə dövlət büdcəsinə borcu olan fiziki şəxslərin ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılır.

Bu il ərzində 39 fiziki şəxsin ölkədən getmək hüququ vergi orqanlarının təşəbbüsü ilə qanunamüvafiq qaydada məhdudlaşdırılıb. Onlardan 6 nəfəri dövlət büdcəsinə olan vergi borclarını tam həcmdə ödədikləri üçün həmin fiziki şəxslərin üzərindən bu məhdudiyyət götürülüb.






19 Noyabr, 2014  16:43 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner