Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“NİDA gənclər hərəkatının maliyyələşdirilməsi buna misaldır” - Fuad Ələsgərov

“Azərbaycanın və bəzi qonşu ölkələrin təcrübəsi göstərir ki, bir sıra qeyri-hökumət təşkilatları donorlarından qrantlar və digər vəsaitlər almaqla heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, ölkənin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi istiqamətində fəaliyyət göstərirlər”.

Simsar.az xəbər verir ki, bunu Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, QHT sektorunda digər hüquq pozuntularına da rast gəlinir: “Məlumatlara görə, bəzi donorlar qeyri-hökumət təşkilatlarına vəsaiti nağd şəkildə verirlər. Yəni vəsait qrant kimi rəsmiləşdirilmir. Bu zaman qeyri-hökumət təşkilatları əldə etdiyi vəsaitdən vergi ödəməli olduqları halda, bunu etmirlər. Burada bir məqamı da qeyd etmək istəyirəm. Bəzi hallarda xarici donorlar müəyyən təşkilatları məqsədli şəkildə maliyyələşdirir və onları ölkə qanunlarını, sabitliyi kobud surətdə pozan qanunsuz fəaliyyətə sövq edirlər. Bundan belə nəticəyə gəlmək olar ki, müəyyən xarici təşkilatlar vətəndaş cəmiyyəti institutlarını inkişaf etdirməklə deyil, bəzi insanlara və təşkilatlara pul verib onları dövlətə qarşı yönəltməklə məşğuldurlar”.

“Yuxarıda adını çəkdiyim Milli Demokratiya İnstitutu tərəfindən “NİDA” gənclər hərəkatının maliyyələşdirilməsi buna misaldır. Bildiyiniz kimi, 2013-cü ildə bu hərəkat tərəfindən Bakı şəhərində qanunsuz toplantılar keçirilmiş, bu toplantılarda Milli Demokratiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində “NİDA” üzvlərinin bu aksiyalar zamanı kütləvi iğtişaşlar törətməyi planlaşdırdıqları müəyyən edilmiş, onların bir sıra fəallarının üzərindən partlayıcı maddələr, külli miqdarda nağd pul aşkar edilib. Başqa bir təşkilat - Avropanın Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək olan, efir vasitəsilə insanları qanunsuz aksiyalara səsləyən “Meydan TV”-yə təxminən 300 min ABŞ dolları məbləğində qrant ayırıb”, – deyə  F. Ələsgərov bildirib.

 

 

 






19 Noyabr, 2014  12:32 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner