Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rusiya Azərbaycan məhsullarının idxalına icazə verə bilər

Rusiya Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bu ilin sonunadək Azərbaycandan ət, süd və balıq məhsullarının idxalına icazə verə bilər.

Simsar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu qurumun rəhbərinin köməkçisi Aleksey Alekseyenko bildirib.

Onun sözlərinə görə, “Rosselxoznadzor” 2015-ci ilin I rübündə ət, süd və balıq məhsullarının istehsalı üzrə Azərbaycan müəssisələrinin informasiya yoxlanışını həyata keçirməyi planlaşdırıb: “Lakin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin çoxsaylı müraciətləri ilə əlaqədar yoxlanışı 2014-cü ilin dekabrın əvvəlinə keçirmək qərara alınıb. Əgər yoxlama nəticəsində heç bir problem aşkarlanmasa, o zaman Azərbaycan məhsullarının Rusiyaya idxalına bu ilin sonunadək icazə verilə bilər”.

Qeyd edək ki, “Rosselxoznadzor”un saytında yerləşdirilən məlumata əsasən, Rusiyaya balıq və dəniz məhsulları ixrac etmək hüququ Azərbaycanın dörd müəssisəsinə məxsusdur. Lakin 2013-cü ildə Azərbaycandan Rusiyaya balıq və dəniz məhsulları ixrac olunmayıb.

 






19 Noyabr, 2014  10:37 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner